“Real” 3 futbolçu ilə vidalaşmağı planlaşdırır

“Real” yarımfinalda PSJ-yə (0:4) məğlub olduğu Klublararası dünya çempionatından sonra bir neçə futbolçusunu satmağı düşünür.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Madrid klubu son turnirdə ciddi rol oynamayan üç futbolçusunu satmağa açıqdır. Söhbət yarımmüdafiəçi Dani Sebalyos, hücumçu Rodriqo və qapıçı Andrey Lunindən gedir.

Lunin Klublararası dünya çempionatında bir dəqiqə də oynamağa icazə verilməməsindən narazı qalıb. Ukraynalı qolkiper oyun praktikasını artırmaq üçün yeni klub tapmaq istəyir. Sebalyos da bu turnirdə start heyətində bir oyun keçirməyib. Rodriqo isə start heyətində bir oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button