“Real” 2 futbolçusu ilə yeni müqavilə bağlayacaq
“Real” yarımmüdafiəçi Lukas Vaskeslə müqaviləni uzatmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki tərəf əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
“Real” 32 yaşlı ispaniyalı futbolçu ilə tez bir zamanda yeni anlaşma əldə etmək istəyir və sonra müdafiəçi Dani Karvahalla danışıqlara başlamağı planlaşdırır.
Vaskes 2023/24 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 35 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. 32 yaşlı Karvahal isə 39 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vaskesin klubla müqaviləsi 2024-cü ilin iyununun sonuna qədər. Karvahalın müqaviləsi isə 2025-ci ilin iyununun sonuna kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin