
“Real” 18 yaşlı futbolçu ilə maraqlanır
“Ridinq”in forvardı Kylan Vickers karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “Real” ingilis futbolçunu qış transfer pəncərəsində almaq istəyir. Madrid klubu Vickersi mümkün satış faizi ilə 1 milyon funt-sterlinqə almağa hazırdır.
18 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin