“Real” 17 yaşlı futbolçunun keçidini rəsmiləşdirib

Argentina təmsilçisi “River Pleyt”in yarımmüdafiəçisi Franko Mastantuono karyerasını “Real”da davam etdirəcək.

“Kral klubu” 17 yaşlı futbolçunun müqaviləsindəki 45 milyon avroluq təzminat məbləğini ödəməyə razılaşıb və o da bu keçidə “hə” deyib.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, transfer artıq rəsmiləşib. İndi yeganə sual Mastantuononun Xabi Alonsonun komandasında nə zaman debüt edəcəyidir. Bu, ya Klublararası dünya çempionatında, ya da turnirdən sonra baş tuta bilər.

Argentinalı yarımmüdafiəçi “Real”a keçməzdən əvvəl PSJ-yə transfer olunmağa da razı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button