“Real”ın braziliyalı hücumçu ilə müqavilə bağlayacağı vaxt bilinib

Braziliya millisinin hücumçusu Endrik tezliklə “Real”ın sıralarına qoşulacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər iyulun 21-də, oyunçunun 18 yaşı tamam olanda müqavilə imzalayacaqlar. Onun “kral klubu”nda təqdimatı iyulun 26-da baş tutacaq.

Endrik Madrid klubunda 16 nömrəli formanı geyinəcək.

17 yaşlı futbolçu ötən mövsüm “Palmeyras”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button