“Real” 16 yaşlı hücumçunu izləyir

Çempionşip təmsilçisi “Lester”in hücumçusu Ceremi Monqa “Real”ın transfer siyahısına düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

“Kral klubu” 16 yaşlı futbolçunun inkişafını yaxından izləyir, ancaq hələlik rəsmi transfer təşəbbüsü göstərilməyib.

Monqa İngiltərə Premyer Liqasında bu ilin aprelində, cəmi 15 yaşında debüt edib. Cari mövsümdə isə o, bütün turnirlərdə 5 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button