
“Real” 130 milyon avroluq futbolçunu almağa çalışacaq
Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun transferində “Real” maraqlıdır.
“Kral klubu”nun rəhbərliyi yay transfer pəncərəsində Virtsi almağa çalışacaq. Onun transfer dəyəri 130 milyon avro qiymətləndirilir və “əczaçılar”la müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatacaq.
21 yaşlı futbolçu Almaniya çempionatının cari mövsümündə 13 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin