
“Real” 10-a çatdı

“Real” İspaniya kubokunun 1/8 final mərhələsində səfərdə “Leqanes”ə məğlub olub.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 0:1 hesabıyla başa çatan görüş Madrid təmsilçinin cari mövsümdə 10-cu məğlubiyyəti olub.
“Real” son dəfə 2012/13 mövsümündə 11 dəfə məğlub olmuşdu. “Kral klubu” bu mövsüm bir dəfə də məğlub olsa, öz antirekordunu yeniləyəcək.
İlk görüşdə “Leqanes” üzərində 3:0 hesabıyla qələbə qazanan “Real”, cavab matçında 0:1 hesabıyla məğlub olsa da, növbəti mərhələyə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin