“Real”da itki
“Real” bugünkü Çempionlar Liqası matçına itki ilə çıxacaq.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Tibo Kurtua “Şaxtyor”la matçda oynamayacaq.
Belçikalı qapıçı qarşılaşmanın “23-lüy”ünə düşməyib. “Real” 3-cü turun matçına digər qolkiperləri – Andrey Lunin, Luis Lopes və Lukas Kanisaresi sifariş edib.
30 yaşlı belçikalı sağlamlığı ilə bağlı problem yaşayır. O, qurşaq nahiyəsində ağrılardan əziyyət çəkir.
F qrupunun “Real” – “Şaxtyor” oyunu saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin