“Real” 45 milyon avroluq transferi razılaşdırıb

Böyük klublar heyətlərini yalnız qısamüddətli deyil, həm də orta və uzunmüddətli perspektivlər üçün planlaşdırırlar.

“Real” da bu strategiyaya uyğun olaraq 2026-cı ilin yanvarı üçün artıq transfer razılaşmasını yekunlaşdırmaq üzrədir.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi “River Pleyt”in gənc istedadı Franko Mastantuononu heyətinə qatmaq niyyətindədir. O, Cənubi Amerikanın ən perspektivli futbolçularından biri hesab olunur.

17 yaşlı argentinalı oyunçu 2026-cı ilin yanvarında – artıq yetkinlik yaşına çatdıqdan sonra “Real”a qoşulacaq. Bu vaxta qədər isə “River Pleyt”də çıxışını davam etdirəcək.

“Real” bu transfer üçün 45 milyon avro ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button