
“Rea” UEFA-dan 4,5 milyard avro tələb edir
“Real” və Avropa Super Liqası ideyasının təşkilatçıları UEFA-dan 4,5 milyard avro miqdarında kompensasiya tələb edir. Əvvəlcə Madridin regional məhkəməsi UEFA-nın Super Liqaya qarşı apellyasiyasını rədd etmişdi.
Madrid təmsilçisi bəyan edib ki, klub UEFA-dan dəyən ziyanın ödənilməsini tələb edəcək.
Komanda.az AS-a istinadən xəbər verir ki, “Real”ın və Super Liqaya cavabdeh şirkətin hüquqşünasları artıq iddianın hazırlanması üzərində çalışır. Hədəf, UEFA-ya qarşı təqdim olunacaq iddia çərçivəsində təxminən 4,5 milyard avro tələb etməkdir.
Madrid arbitraj məhkəməsi 2024-cü ilin mayında Super Liqa təşkilatçılarının iddiasını qismən təmin edib. Məhkəmənin qərarına əsasən, UEFA və FİFA anti-rəqabət davranışını dayandırmalı, onun təkrarlanmasının qarşısını almalı və anti-rəqabət hərəkətlərinin bütün nəticələrini dərhal aradan qaldırmalıdır.
Super Liqa layihəsinə əvvəlcə Avropanın 12 klubu qoşulsa da, FİFA və UEFA-nın sanksiya təhlükəsindən sonra klublar turnirdən çəkilməyə başlayıb. Hazırda UEFA və FİFA-ya tabe olmayan Avropa Super Liqası adlanan layihədən yalnız “Real” və “Barselona” geri çəkilməyib.
Bizi Facebook-da izləyin



