Razılığa gələ bilmirlər
“Barselona” La Liqa rəhbərliyi ilə yeni maliyyə planı məsələsində razılaşa bilmir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi bir neçə həftədir ki, maliyyə feyr-pley məsələsini həll etmək üçün La Liqa nümayəndələri ilə razılığa gəlməyə cəhd edir.
Klubun xərcləri gəlirlərini xeyli üstələyir və buna görə də, “Barsa”ya bir sıra məhdudiyyətlər qoyulub. “Barselona” xərclərini ən azı 200 milyon avro azaltmalıdır (bəzi mənbələrə görə 350 milyon avro). Klub rəsmiləri bilirlər ki, bu tələbləri yerinə yetirmək çətin olacaq. Ona görə də, problemin həllini tapmaq ümidi ilə La Liqa rəhbərliyi ilə danışıqlara başlayıblar ki, bu da komandaya heyəti gücləndirməyə kömək edəcək.
Səslənən müxtəlif variantlar arasında üç il ərzində xərclərin azaldılması da var idi, lakin tərəflər razılığa gələ bilməyiblər. La Liqa rəhbərliyi “Barsa” üçün tələbləri yerinə yetirməyin çox çətin olacağına inanır.
La Liqanın məhdudiyyətləri katalonların Qavi, Ronald Arauxo və Serxi Robertonu qeydiyyatdan keçirməsinə mane olur. Bu, həm də yay transferlərinin həyata keçirilməsinə mane ola bilər. “Barselona” Lionel Messi, İlkay Gündoğan və İniqo Martinesi almaq niyyətindədir.
Bizi Facebook-da izləyin