Ya 140 milyon avro ödə, ya da…

“Vest Hem” yarımmüdafiəçisi Deklan Raysı transfer etmək istəyən klublar üçün iki təklif irəli sürüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Çempionlar Liqasında çıxış edən və Raysı transfer etmək istəyən klub “çəkicdöyənlər”ə 140 milyon avro ödəməli olacaq.

Alternativ variant olaraq, həmin mövqedə çıxış edən başqa futbolçu ilə Deklan arasında dəyişiklik baş tutsa, “Vest Hem” onu 115 milyon avroya buraxa bilər.

Futbolçu ilə “Mançester Siti”, “Arsenal”, “Liverpul” və “Çelsi”nin maraqlandığı bildirilir.

Rays cari mövsümdə “Vest Hem”in heyətində bütün turnirlər daxil olmaqla 44 oyuna çıxıb, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button