FİFA da Rayolanı “vurdu”
İtaliya Futbol Federasiyasının himayəsi altında olan İdman Agentləri Birliyinin tanınmış menecer Mino Rayolanı cəzalandırdığı xəbərini vermişdik.
Komanda.az xəbər verir ki, FİFA İntizam Komitəsi də Rayolaya 3 aylıq cəza verib. Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
FİFA, Rayolanın cəzasını təsdiqləyib və ona cəzasının müddəti bitənə qədər transfer danışıqları aparmağı qadağan edib. Rayola ilə yanaşı, onun qohumu olan menecer Vinçenso Rayolaya da 2 aylıq cəza verilib.
Mino Rayola Pol Poqba, Zlatan İbrahimoviç, Matteys de Liqt, Mario Balotelli, Marko Verratti kimi futbolçuların meneceridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin