“Rayola dedi ki, mənim itim də belə müqaviləni imzalamaz” – Poqba
“Yuventus”un futbolçusu Pol Poqba mərhum agenti Mino Rayola ilə aralarında olan söhbəti ictimaiyyətə açıqlayıb.
Komanda.az xəbər verir ki, Poqba İtaliyanın “Golden Boy” mükafatının təqdimat mərasimində bu haqda danışıb:
“18 yaşım var idi və Aleks Ferqyuson mənimlə müqavilə imzalamaq istəyirdi. Onunla görüşə Mino ilə getdim. O, müqavilə şərtləri ilə tanış olandan sonra dedi: “Mənim itim də belə müqaviləni imzalamaz”.
Mino belə deyəndə boğazımdan elə bil düyün açıldı. Onunla tez-tez zarafatlaşırdım”.
Mino Rayola bu ilin aprelində, 54 yaşında vəfat edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin