Baş məşqçi az şans verdiyi futbolçu haqda: “Kədərlənir, amma hirslənmir”

“Bayern”in baş məşqçisi Yulian Naqelsmann komandanın hücumameyilli yarımmüdafiəçisi Rayan Qravenberçin az şans qazanmasından narazı qalması ilə bağlı yayılan xəbərləri şərh edib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, Qravenberçin ən yaxşı yarımmüdafiəçilərdən olacağını deyib:

“Rayan üçün asan deyil, lakin o, dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq. Keçən il komandadakı rolu ilə fərqi ona dedim. Təbii ki, o, az oynadığı üçün kədərlənir, amma hirslənmir”.

Niderlandlı futbolçu Münhen klubuna “Ayaks”dan keçib. O, bu mövsüm 11 oyun keçirib. Qravenberç Almaniya kuboku matçında 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button