Raul klubunu dəyişdi – rəsmi
“Espanyol”un hücumçusu Raul de Tomas “Rayo Valyekano”ya keçib.
Komanda.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Daha əvvəl “Rayo Valyekano”nun ispan futbolçunun transferi üçün təxminən 12 milyon avro ödəyəcəyi və hüquqlarının 70 faizini alacağı bildirilirdi.
27 yaşlı de Tomas “Real”ın məzunudur. O, “Espanyol”a 2020-ci ilin yanvarında transfer olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin