Raul Almaniya klubunun təklifindən imtina edib
“Şalke”nin keçmiş futbolçusu Raul Qonsales komandanın baş məşqçi postuna keçməkdən imtina edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Real”ın əvəzedici komandasını – “Kastilya”nı çalışdırmağa davam etmək qərarına gəlib. “Real”ın keçmiş futbolçusu klubunu dəyişmək istəməyib.
Oktyabrın 20-də “Şalke” baş məşqçi Frank Krameri istefaya göndərib. Oktyabrın 27-də isə Bundesliqa klubu Tomas Raysı “sükan arxasına” gətirib.
“Şalke” 11 turdan sonra 6 xalla Bundesliqanın turnir cədvəlində sonuncu – 18-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin