
Rauf Cabarov Konfrans Liqasının oyununa təyinat alıb
Azərbaycanın FİFA referisi Rauf Cabarov UEFA-dan təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Albaniyada “Vlazniya” və Şimali İrlandiyanın “Linfild” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.
Cabarova laynsmanlar qismində Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
İyulun 20-də oynanılacaq qarşılaşma saat 22:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin