AFFA-dan Rauf Əliyevə xəbərdarlıq
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qıbul olunub:
Premyer Liqanın 6-cı turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi” klubunun futbolçusu Rauf Əliyev azarkeşlə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbardarlıq olunur.
Qəbələ klubunun azarkeşlərinin davranışına görə kluba ciddi xəbardarlıq olunur.
Bu hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq olunacaq.
Birinci divizionun 5-ci turunun “Səbail-2” – “Zaqatala” matçında “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 5-ci turunun “Qaradağ Lökbatan” – “Qarabağ-2” matçının 89-cu dəqiqəsində “Qarabağ-2” klubunun futbolçusu Rauf Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunur.
Birinci divizionun 5-ci turunun “Neftçi-2” – “Sabah-2″ matçında “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunur.
Birinci divizionun 5-ci turunun “Kəpəz” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 5-ci turunun MOİK – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 85-ci dəqiqəsində MOİK klubunun futbolçusu Raul Yaqubzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
Oyunun 90+5-ci dəqiqəsində MOİK klubunun futbolçusu Ümid Şükürlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
MOİK komandası oyunun videoyazılışını aparmadığına görə klub 80 manat cərimə olunur.
MOİK klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin