“Ten Haq transferlərə təsir etdi” – “Mançester Yunayted”in sahibi

“Mançester Yunayted”in sahibi Cim Ratkliff klubun 2024-cü ilin yayında həyata keçirdiyi transferləri uğurlu hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bəli. Unutmamalısız ki, vaxtımız az idi. Sabiq baş məşqçi Erik ten Haq ilə bağlı qeyri-müəyyənlik var idi. Onu göndərməliyik, ya yox? Biz onu transfer məsələlərinə cəlb edirik, ya yox? Nəticədə, o, müzakirələrdə iştirak etdi, lakin bunlar bir nəfərin deyil, bir qrupun qərarları idi. O, transferlərə təsir etdi, ona görə də biz bir və ya iki niderlandlı futbolçu transfer etdik”.

“Qırmızı şeytanlar” 2024-cü ilin yayında müdafiəçilər Leni Yoro, Nussair Mazraui və Matteys de Liqt, yarımmüdafiəçi Manuel Uqarte və hücumçu Coşua Zirkzeni alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button