“Mançester Yunayted”in sahibinin 5 qaydası
“Mançester Yunayted”in sahiblərindən olan iş adamı Cim Ratkliff klubda transfer işi ilə bağlı beş qayda tətbiq edib.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, birinci tələb 25 yaşdan yuxarı olmayan oyunçularla müqavilə imzalamaqdır. İkincisi, çox məşhur oyunçuları almamaqdır. Üçüncüsü, komandanın oyun tərzini klubun texniki direktoru Ceyson Uilkoks müəyyən edəcək. Dördüncüsü, baş məşqçi gücləndirməyə ehtiyacı olduğu mövqeyi göstərəcək, ancaq konkret oyunçu deyil. Beşincisi, klub rəhbərliyi məşqçilər heyətinə hər mövqe üçün üç namizədi seçmək təklif edəcək.
“Qırmızı şeytanlar”ın baş məşqçisi hazırda Erik ten Haqdır. Onun rəhbərliyi altında komanda son mövsümdə İngiltərə kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin