Sabiq futbolçudan “Mançester Yunayted”in sahibinin ünvanına ağır ittihamlar

“Mançester Yunayted”in fransalı sabiq futbolçusu Erik Kantona klubdakı vəziyyəti sərt şəkildə şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubun yeni sahibi Cim Ratkliffin komandanı məhv etdiyini hesab edir:

“Ratkliff gələndən bəri bu komandada hər şey məhv oldu. Belə vəziyyəti görəndə çox təəssüflənirəm. Bu insanların başlarında klub və ya futbol yox, başqa layihələr var. Onları sentimentallıq və insanların hissləri maraqlandırmır. Komanda ruhunu itirdi. O, keçmişlə, aurası ilə əlaqəni kəsdi”.

Kantona 1992-1997-ci illərdə “Mançester Yunayted”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button