“Rapid” – “Neftçi” matçının bilet qiymətləri açıqlandı

“Rapid”in (Avstriya) “Neftçi”yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununun biletlərinin qiyməti açıqlanıb.

Komanda.az Avstriya klubunun rəsmi saytına istinadən xəbər verir ki, A kateqoriyasına biletlər böyüklərə 25 avro, uşaqlar üçün isə 8 avroya satışa çıxarılır.

B kateqoriyasındakı biletlər müvafiq olaraq 22 və 7 avro, C kateqoriyasında isə 15 və 5 avrodur. Sonuncu kateqoriyada yalnız 12 avroluq böyüklər üçün biletlər satılır.

Avqustun 11-də keçiriləcək “Rapid” – “Neftçi” matçı saat 22:45-də başlayacaq. İlk qarşılaşma avqustun 4-də “Bakcell Arena”da olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button