Ranyeri: “Mən yalnız müdafiəni düşünən komanda istəmirəm”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri UEFA Avropa Liqasında “Tottenhem”lə oyunun (2:2) nəticəsini şərh edib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı futbolçularının gözəl oyun nümayiş etdirdiyini bildirib:

“Uşaqlar gözəl oyun nümayiş etdirdilər. “Napoli” ilə görüşdə gördüklərimdən narazı qaldım, çünki sadəcə müdafiə olunmağı sevmirəm. Mənim çatdırmaq istədiyim mesaj budur. Futbolçulara dedim ki, mən yalnız müdafiəni düşünən komanda istəmirəm. Rəqib hücuma keçməyə çalışsa, biz də eyni şəkildə cavab verməliyik”.

“Roma” Avropa Liqasının növbəti turunda “Braqa” ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button