
Ranyeri açıqladı: Gedir
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda klubu tərk edəcək.
Komanda.az xəbər verir ki, bu barədə italyan mütəxəssis klubun saytına açıqlamasında deyib. O, mövsümün sonunda “Roma”dan ayrılacağını bildirib.
2019-cu ilin martında “Roma”ya baş məşqçi təyin olunan Ranyerinin “canavarlar”la mövsümün sonuna qədər müqaviləsi var.
“Roma” Ranyerinin rəhbərliyi altında 9 oyuna çıxıb. A Seriyası təmsilçisi bu görüşlərdə 4 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin