![ranyeri](https://komanda.az/wp-content/uploads/2024/04/ranieri-700x467-1.jpg)
Ranyeri futbolçulardan hakimin əlini sıxmamağı istəyib
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri Avropa Liqasının “Portu” ilə oyununda (1:1) hakimlikdən hədsiz dərəcədə narazı qalıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı oyunçulardan matçdan sonra hakimin əlini sıxmamağı xahiş etdiyini bildirib:
“Mən başa düşə bilmirəm ki, UEFA niyə son 22 oyunun heç birinin qonaq komandanın qələbəsi ilə bitmədiyi hakimini təyin etmək qərarına gəlib. O, sağa-sola vərəqələri paylayırdı. Düşünürəm ki, o, “Portu”nun qalib gəlməsi üçün penalti təyin etmək fürsətini gözləyirdi. Oyunçulardan matçdan sonra hakimin əlini sıxmamağı xahiş etdim. O, buna layiq deyildi”.
Romalılar ilk hissənin sonunda önə keçsələr də, 67-ci dəqiqədə qol buraxaraq üstünlüyü qoruya bilməyiblər. Qonaqlar görüşü 10 nəfərlə başa vurmalı olublar. Brayan Kristante 72-ci dəqiqədə meydandan qovulub. Ümumilikdə, baş hakim Tobias Stieler “Roma”nın futbolçularına 8 sarı vərəqə göstərib.
Cavab oyunu fevralın 20-də İtaliyada keçiriləcək.
Bizi Facebook-da izləyin