Ranyeri karyerasını başa vurur
“Kalyari”nin baş məşqçisi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.
Komanda.az xəbər verir ki, bu barədə 72 yaşlı mütəxəssis klubun saytına açıqlamasında bildirib.
Ranyeri 2022-ci ilin dekabr ayından rəhbərlik etdiyi İtaliya klubundan 2023/24 mövsümünün sonunda ayrılacaq.
“Kalyari” İtaliya A Seriyasında hazırda 15-ci yerdədir və elitadakı yerini qoruyub.
Məşqçilik karyerası ərzində Ranyeri “Lester”ə rəhbərlik edərkən (2015/16 mövsümü) İngiltərə çempionu olub. 1995/96 mövsümündə “Fiorentina”nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/1997 mövsümündə “bənövşəyilər”lə birlikdə mütəxəssis İtaliya superkubokunu qazanıb. Ranyeri həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA superkubokunu (2004) qazanıb.
Bizi Facebook-da izləyin