
Ranyeri: “Dibala növbəti matçda oynamalıdır”
“Roma”nın çalışdırıcısı Klaudio Ranyeri zədəli argentinalı hücumçu Paulo Dibalanın durumundan danışıb.
Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Dibalanın yaxşı olduğunu söyləyib:
“Dibala yaxşıdır. O, növbəti matçda oynamalıdır. Son görüşdə onu meydana çıxararaq risk etmək istəmədim. O, dizindən zərbə alıb, amma ciddi zədəsi yoxdur”.
“Roma” son turda səfərdə “Parma”nı 1:0 hesabı ilə məğlub edib.
31 yaşlı Dibala bu mövsüm İtaliya çempionatında 21 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin