“Komanda mənim ideyalarıma inanmağa davam etsə, bu vəziyyətdən çıxa bilərik”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri “Atalanta”ya məğlubiyyətdən (0:2) sonra komandasını təslim olmamağa çağırıb.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı mübarizəni davam etdirməli olduqlarını bildirib:

“Komanda indiki kimi, mənim ideyalarıma inanmağa davam etsə, biz bu vəziyyətdən çıxa bilərik. Mübarizəmizi davam etdirməliyik, çətinliklər qarşısında təslim olmamalıyıq. Futbolçunun təslim olub-olmadığını heç vaxt başa düşməyəcəm. Gücümüz tükənənə qədər meydanın hər yerində, hər top üçün mübarizə aparmalıyıq”.

“Roma” 14 turdan sonra İtaliya çempionatının turnir cədvəlində 15-ci pillədə qərarlaşıb və düşmə zonasından fərq 2 xaldır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button