Ranqnikdən Skoulza cavab
“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik komandadakı ab-havadan danışıb.
Daha əvvəl “BT Sports”-un efirində “qırmızı şeytanlar”ın keçmiş üzvü Pol Skoulz komandanın yarımmüdafiəçisi Cessi Linqardın paltardəyişmə otağındakı vəziyyəti fəlakətli adlandırdığını bildirmişdi.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, Ranqnik, Skoulzun açıqlamasına da münasibət bildirib:
“Linqarddan soruşun ki, o, belə bir məlumat verib? Düşünürəm ki, komandamızda futbolçular pis anlaşmır. Onların yaxşı anlaşdıqlarını söyləməyə cəsarət etmirəm. Amma heç bir problem də görmürəm”.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 34-cü turunda “Arsenal”a uduzub (1:3).
MY son 41 ildə ilk dəfə ardıcıl dörd səfər oyununda məğlub olub.
Komanda Premyer Liqada 34 oyundan sonra 54 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin