Ranqnik rəsmən milli komandada
“Mançester Yunayted”in çalışdırıcısı Ralf Ranqnik Avstriya millisinin baş məşqçisi təyin edilib.
Komanda.az Avstriya Futbol Federasiyasına istinadən xəbər verir ki, 63 yaşlı almaniyalı mütəxəssis cari mövsümün sonuna qədər “qırmızı şeytanlar”ı çalışdırmağa davam edəcək. O, may ayının sonunda Avstriya millisini Millətlər Liqası oyunlarına hazırlamağa başlayacaq.
Ranqniklə iki illik müqavilə imzalanıb. Avstriya millisi AÇ-2024-ə yüksələrsə, müqavilə 2026-cı ilə qədər uzadılacaq.
“Mançester Yunayted”i yeni mövsümdən “Ayaks”ın baş məşqçisi Erik ten Haq çalışdıracaq.
Bizi Telegramda izləyin.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin