Ranqnik Bakıda qazandıqları qələbəni şərh etdi
AÇ-2024-ün seçmə mərhələsində keçirilən Azərbaycan – Avstriya oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Ralf Ranqnik jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, alman mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
- Oyuna hazır gəlmişdik. Azərbaycanın nəyə qadir olduğunu bilirdik. Son iki oyuna baxmışdıq. Rəqibin müdafiə və hücüm xəttinə bələd idik. Bura gələndə asan olmayacağını bilirdik. Düşünürdük ki, qələbə qazanacağıq.
- Oyunun sonunda futbolçularınız Şahruddinin üzərinə hücum etdilər. Oyunçular qorxmadılar ki, bunun cavabı sərt olar?
- Qırmızı vərəqə epizodunu nəzərdə tutursunuzsa, bu futboldur, hər şey olar. Amma oyunçu onu qəsdən etməmişdi. Meydanda hər şey ola bilər. Buz bunu dəfələrlə Belçika, Fransaya qarşı oyunlarda görmüşük. Qələbə qazanmaq üçün hər şey etmək olar. Bu, normaldır.
- Sizi təbrik edirəm. Final mərhələsinə vəsiqəni təmin etmisiz. Qələbə qazandıqca oyunçularınız rahatlıq hiss edir, yoxsa mübarizə davam edəcək?
- Oyunçular mahnı oxuyurdular. Qələbə qazanmaqla rahat olmamalıyıq, üzərimizdə daha da çox işləməliyik. Komandada hər şey yaxşıdır, bir-birlərini anlayırlar.
- Alman mütəxəssis kimi cavab verməyinizi istərdim. “Qarabağ”ın “Bayer”dən xal almaq ehtimalı var?
- Hazırda başqa oyundayıq. “Qarabağ” klubu ilə maraqlanırıq. Amma hazırda “Bayer” yaxşı formadadır. Bundesliqada yaxşı oyun göstərir. Xal alacaq, ya yox, onu zaman göstərəcək. Avstriyada “Qarabağ”ı tanıyırlar.
- İlk hissədə müəyyən səhvlər var idi. Oyunçular toparlana bilmirdilər. Fasilədə onlara nəsə dediniz?
- Birinci hissədə rəqib yaxşı müdafiə olunurdu. Müəyyən səhvlərimiz var idi. Toparlana bilmirdik. Belçikaya qarşı etdiyimiz səhvləri edirdik. Fasilədə dedim ki, qol vurmaq lazımdır. Vurdular, arxayınlaşmadılar. Amma yenə də səhvlərimiz oldu. Belçika ilə oyundakı səhvləri yenidən təkrar edirdik. Görünür öz oyunumuzu yaxşı analiz etməmişik.
Akif Əhmədov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin