Serxio Ramos Argentina klubuna keçməkdən imtina edib
Serxio Ramos yeni klub axtarışlarını davam etdirir.
Argentina “Boka Xuniors”u 38 yaşlı futbolçunu dəvət etməkdə maraqlı idi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar nəticəsiz başa çatıb. İspaniyalı müdafiəçi Argentinaya köçməkdən imtina edib.
Ramos ötən mövsümün sonunda, “Sevilya” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent olub. O, əvvəllər PSJ və “Real”da çıxış edib. Onun adı zədə böhranı səbəbindən müdafiənin mərkəzini gücləndirməli olan “Real”a mümkün qayıdışla əlaqələndirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin