Ramos Kasilyası geridə qoydu

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İspaniya milli komandasının Norveçlə 1:1 hesablı bərabərliyə qaldığı oyun Serxio Ramos üçün əlamətdar olub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispanların kapitanı yığmanın heyətində 168-ci oyununu keçirərək, rekord vurub. O, bu göstəricidə keçmiş komanda yoldaşı İker Kasilyası geridə qoyub. Kasilyas İspaniya millisi ilə 167 oyun keçirmişdi.

“Real”ın müdafiəçisi bu nəticəylə Avropada yalnız “Yuventus”un qapıçısı Canluici Buffondan geridə qalır. Buffon İtaliya millisinin heyətində 176 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button