Serxio Ramos “Sevilya”dan ayrıldı

“Sevilya” ilə mərkəz müdafiəçisi Serxio Ramosun müqaviləsi başa çatıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu səbəbdən komandadan ayrıldığını açıqlayıb.

Ramos peşəkar karyerasının böyük hissəsini “Real”da keçirib. O, “kral klubu”nda oynayarkən beşqat İspaniya çempionu, 2 dəfə ölkə kubokunun və 4 dəfə Çempionlar Liqasının qalibi olub.

38 yaşlı müdafiəçi 2023-cü ilin sentyabrından “Sevilya”nın şərəfini qoruyurdu. O, ötən mövsüm 37 matçda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

İspaniya millisi ilə dünya çempionu olan futbolçunun karyerasını 2025-ci ildə MLS-də debüt edəcək “San Dieqo”da davam etdirəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button