“Ramos PSJ-yə getdiyi üçün peşmandır” – Quti
“Real”ın sabiq yarımmüdafiəçisi Quti Serxio Ramosun Madrid klubundan PSJ-yə getməsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, Quti, Ramosun “Real”dan ayrıldığı üçün peşman olduğunu deyib:
“Ramos bilir ki, o, “Real”la danışıqlara çox vaxt sərf etməklə səhv edib. Florentino Peresin (“Real”ın prezidenti) istədiyini edəcəyini düşünürdü, amma Florentino üçün “Real”ın hər şeydən üstün olduğunu başa düşmürdü. Müəyyən yaşa çatdıqdan sonra “Real”da futbolçularla müqavilə bir dəfə uzadılır, lakin Serxio bunu istəmədi. İndi Ramos PSJ-yə getdiyi üçün peşmandır. Çünki o, “Real”ın əfsanəsi idi. O, karyerasını “kral klubu”nda başa vura bilərdi, lakin fürsətdən istifadə etmədi. O, arxa qapıdan getdi”.
Serxio Ramos ötən yay azad agent kimi PSJ-yə keçib.Onun Paris klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır.
Bizi Facebook-da izləyin