Ramos yeni komandasında ilk qoluna sevindi

“Monterrey”in müdafiəçisi Serxio Ramos Meksikada debüt qolunu vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu “Santos Laquna” ilə keçirilən Klausura matçında fərqlənib.

İspaniyalı oyunçu 57-ci dəqiqədə hesabı 2:1 komandasının xeyrinə dəyişib. Yekun nəticə 4:2 hesablı qələbə olub. Ramos final fitinə qədər oynayıb. Bu, onun “Monterrey”də ikinci oyunu olub.

“Real”ın sabiq kapitanı Meksika komandasının sıralarına fevralın əvvəlində qoşulub. Bundan əvvəl o, 7 ay klubsuz qalıb. Onun hazırkı komandası Meksika çempionatının turnir cədvəlində 10-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button