Ramos Kasilyasın rekorduna şərik çıxdı
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Maltaya 2:0 hesabı ilə qalib gələn İspaniya millisinin müdafiəçisi Serxio Ramos İker Kasilyasın rekordunu təkrarlayıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi “matadorlar”ın heyətində 121-ci qələbəyə sevinib. Beləliklə, o, millinin sabiq qapıçısı Kasilyasa çatıb.
Millinin heyətində keçirilən oyunların sayına görə isə rekord 167 matçla Kasilyasa məxsusdur. Ramos isə millinin heyətində 163 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin