Serxio Ramos Misir klubuna keçə bilər

Hazırda klubsuz olan müdafiəçi Serxio Ramos karyerasını Misirdə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Zəmələk” ispaniyalı futbolçu ilə maraqlanır. Klub oyunçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdıra bilsə, onu azad agent kimi transfer edə bilər.

Ramos “Real”da və PSJ-dəki çıxışı ilə tanınır. O, 2022/24 mövsümündə “Sevilya”da çıxış edib. 38 yaşlı müdafiəçi La Liqada 28 matçda iştirak edib və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button