Serxio Ramos dopinq testindən keçməkdən imtina edib

“Sevilya”nın müdafiəçisi Serxio Ramos 2018-ci ildə dopinq testindən keçməkdən imtina edib.

Komanda.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, prosedur testlərində agentlər tərəfindən pozuntular olub.

Bildirilib ki, həmin vaxt “Real”da çıxış edən ispaniyalı oyunçu La Liqada “Malaqa” ilə matçdan sonra dopinq testindən keçməli imiş. O, duş qəbul etməzdən əvvəl testlərdən yayınıb.

Qaydalara əsasən, idmançılar yarış bitəndən sonra testdən keçməlidirlər. Bu prosedura əməl olunmaması antidopinq qaydalarının pozulması hesab edilə bilər. Lakin dopinq nəzarəti tələb olunan iki nəfər əvəzinə bir nəfər tərəfindən həyata keçirilib və bu səbəbdən Ramos cəzadan yaxa qurtarıb.

Serxio Ramos cari ildən “Sevilya”nın şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button