Ramos bunu karyerasında 11-ci dəfə yaşadı

Meksikanın “Monterrey” klubunda çıxış edən müdafiəçi Serxio Ramos yerli çempionatın 12-ci turu çərçivəsində keçirilən matçda qırmızı vərəqə alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu meydandan qovulma Ramosun karyerasında 11-ci olub.

İkinci hissəyə əlavə edilmiş vaxtda ispaniyalı futbolçu rəqib oyunçuya qarşı kobudluq edib və buna görə cəzalandırılıb. Qarşılaşma “Monterrey”in “Pumas” üzərində 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

38 yaşlı müdafiəçi bu mövsüm “Monterrey”in heyətində 5 oyun keçirib və 3 qol vurub. O, bu ilin fevralında bu komandaya keçib və tərəflər arasında dekabrın sonuna qədər olan müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button