
“Bu tip insanların stadionlara gəlişi qadağan edilməlidir” – Serxio Ramos
“Sevilya”nın müdafiəçisi Serxio Ramos “Xetafe” ilə oyundan (1:0) sonra İspaniya futbolunda yaranan irqçilik problemindən danışıb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, oyun zamanı rəqib azarkeşlər Əndəlus klubunun futbolçusu Markos Akunyaya və baş məşqçi Kike Sançes Floresə irqçi münasibət göstəriblər:
“Bu tip insanlarla mübarizə aparılmalı və stadionlara gəlişi qadağan edilməlidir. Bu, futbolun imicini təmizləmək üçün lazımdır”.
“Xetafe” – “Sevilya” matçında rəqib azarkeşlər Akunyanın ünvanına “meymun”, Floresə qarşı isə “qaraçılar” şüarları səsləndiriblər.
Bundan əvvəl “Real”ın yarımmüdafiəçisi Vinisius Junior da Akunya və Kike Floresi dəstəkləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin