Ramos 600-ə çatdı
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Ayaks” – “Real” matçı qonaqların kapitanı Serxio Ramos üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Madrid klubu ilə 600-cü matçına çıxıb.
Ramos bu göstəricidə klub tarixində 7-cidi. O, Fernando Yerro, Fransisko Xento (hər ikisi 601 oyun), Santilyana (645), Manuel Sançes (710), İker Kasilyas (725) və Rauldan (741) geri qalır.
Qeyd edək ki, 2005-ci ildən “Real”da çıxış edən ispaniyalı futbolçu bu klubla 20 müxtəlif titula sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin