Ramin Quliyev: “Komandada özünəinam azalıb”

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Danışılası çox şey yoxdur. Məğlub olduq, buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik.
  • Sanki komandada istəksizlik var. Sizə də belə gəlmirmi?
  • Elə deməzdim. 3-cü turdayıq və məğlubiyyətlər komandada özünəinamsızlıq yaradır. 3 oyunda qol vurmamağımız bu inamsızlığı daha da artırır. Kənardan istəksiz olduğumuz görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünəinam azalır.
  • Bu vəziyyətdən çıxış planınız var?
  • Çıxış yolu olmalıdır. Yenə deyəcəm ki, bir balaca vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. Çıxış yolu olmalıdır və oyunlara baxıb təhlil edəcəyik.
  • Komandada narahatlıq olduğu deyilir. Bu haqda nə deyə bilərsiz?
  • Komanda daxilində hər şey yaxşıdır. Düzdür, məğlubiyyətlər kiməsə xoş deyil, ancaq ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdur. Komandanın daxilində hər şey qaydasındadır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button