Ramin Musayev yeganə namizəddir – PFL prezidentliyinə
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.
Komanda.az xəbər verir ki, prezident seçkisi sentyabrın 14-də AFFA-nın inzibati binasında gerçəkləşəcək.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Seçkiyə saat 12:00-da start veriləcək.
Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti Musayev vahid namizəddir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin