Şeydayevin komandası Avstriyaya yollandı – Ruslarla sonuncu toplanış ola bilər

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” klubu təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yola düşüb.

Komanda.az xəbər verir ki, bu barədə Samara təmsilçisinin rəsmi saytı məlumat yayıb. İyulun 7-nə qədər davam edəcək hazırlıq prosesində “Krılya Sovetov” 3 yoxlama oyunu keçirəcək. Komanda iyunun 29-da “Hayduk” (Xorvatiya), iyulun 6-da “Çelye” (Sloveniya), ertəsi gün isə “Krasnodar”la (Rusiya) üz-üzə gələcək.

“Krılya Sovetov”la müqavilə müddəti bu ayın sonunda bitəcək Şeydayevin komandada qalıb-qalmayacağı bəlli deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button