Ramil Şeydayevə 10 milyon avroluq rəqib

Rusiyanın “Dinamo” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisi “Genk”dən Mbvana Samattanı transfer etmək niyyətindədir. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Dinamo”nun 26 yaşlı hücumçu üçün 10 milyon avro təklif edəcəyi bildirilir.

Tanzaniyalı hücumçu cari mövsümdə Belçika çempionatında iştirak etdiyi 2 oyuna 1 qol vurub.

“Dinamo”da Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button