Ramil Şeydayevli “Krılya Sovetov” üçün 3 rəqib

Rusiyanın “Krılya Sovetov” klubunun növbəti mövsümə hazırlıq planı açıqlanıb.

Komanda.az xəbər verir ki, Azərbaycan yığma komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi bu komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya gedəcək.

İyunun 24-də bu ölkəyə yollanacaq Samara təmsilçisi 3 yoxalama oyunu keçirəcək. Bir həftəlik toplanışda komanda iyunun 29-da “Hayduk” (Xorvatiya), iyulun 6-da “Çelye” (Sloveniya), ertəsi gün isə “Krasnodar”la (Rusiya) üz-üzə gələcək.

Qeyd edək ki, “Krılya Sovetov”la müqavilə müddəti bu ayın sonunda bitəcək Şeydayevin komandada qalıb-qalmayacağı bəlli deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button