Ramil Şeydayevin keçidi rəsmən açıqlandı

“Qarabağ”dan ayrılan Ramil Şeydayevin yeni klubunun adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu Tailandın “Buriram Yunayted” klubuna keçib. Bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin üzvü “Buriram Yunayted”lə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək.

Ramil Şeydayev 2021-ci ilin yayında “Sabah”dan ayrıldıqdan sonra “Qarabağ”a keçmişdi. O, başa çatan mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button